Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

ABŞ səfiri Mixail Saakaşvili ilə bağlı hakimiyyətə çağırış etdi

2,768
ABŞ səfiri Mixail Saakaşvili ilə bağlı hakimiyyətə çağırış etdi
Dinləmək üçün basın

“Cənab Saakaşvilinin səhhətindən dolayı narahatıq və ona lazımi diqqət göstərildiyinə əmin olmaq üçün Vaşinqton da daxil olmaqla, vəziyyəti aktiv şəkildə izləyirik”.

“Cənab Saakaşvilinin səhhətindən dolayı narahatıq və ona lazımi diqqət göstərildiyinə əmin olmaq üçün Vaşinqton da daxil olmaqla, vəziyyəti aktiv şəkildə izləyirik”.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Mixeil Saakaşviliyə Gürcüstan qanunvericiliyinə və beynəlxalq insan hüquqları praktikasına müvafiq şəkildə davranılmalıdır .

“Mən Avropa hüquq eksperti deyiləm, lakin biz Gürcüstan hakimiyyətini cənab Saakaşviliyə ədalətli, qərəzsiz, Gürcüstan qanunvericiliyinə və beynəlxalq insan hüquqları praktikasına müvafiq şəkildə davranmağa çağırırıq.

Eyni zamanda onu da deməliyik ki, Ukrayna vətəndaşının qorunmuş olması Ukraynanın marağındadır. Biz tibb sahəsinin nümayəndələrinə müraciət edir, cənab Saakaşvilinin vəziyyətini yaxından izləməyə və müvafiq xidmətlər göstərməyə çağırırıq.

Mən səhiyyə eksperti deyiləm, lakin ombudsman da dedi ki, Saakaşvilinin qaldığı müəssisədə Saakaşvilinin ehtiyac duya biləcəyi tibbi imkanlar mövcud deyil. Son təyinedici istənilən pasiyentin ehtiyyac duyduğu müalicə olmalıdır. Sizə ədalətli və qərəzsiz yanaşmağa dair konsultasiya verəcək tibb mütəxəssisləri var “-deyə Kelli Deqnan bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →