Müxalifət noyabrın 6-da Tbilisidə etiraz aksiyası keçirəcək.
InterPress.ge xəbər verir ki, aksiyanın vaxtı ilə bağlı məlumatı “Milli Hərəkat”ın mətbuat xidməti yayıb.
Əvvəlcə mitinqin noyabrın 7-də keçiriləcəyi söylənsə də, sonradan müxalifət nümayəndələrinin tarixi yanıldıqları bildirilib.
