02 
Nybr
2021
18:33
1193

Mixail Saakaşvili: "Praktiki olaraq indi hamı parlamentdən çıxmağa və mandatını tərk etməyə hazırdır"

“Praktiki olaraq indi hamı parlamentdən çıxmağa və mandatını tərk etməyə hazırdır".

InterPress.ge xəbər verir ki, bu barədə sabiq prezident Mixail Saakaşvilinin həbsxanadan göndərdiyi başqa bir məktubda deyilir.

Saakaşvili vurğulayıb ki, həbsxanaya gəlmək və onunla daimi əlaqə saxlamaq üçün deputat mandatı lazımdır. 

“Parlamenti kütləvi tərk etmə ilə bağlı:

Bu gün mübarizə yoldaşlarımla görüşdüm və böyük bir hissəsi ilə yazılı əlaqə saxladım. Praktiki olaraq hər kəs parlamentdən çıxmağa və mandatını tərk etməyə hazırdır. Bu vətənpərvər yanaşma məni çox sevindirir.

Ancaq burada konkret suallar var. Həbsxanaya gəlmək və mənimlə daimi əlaqə saxlamaq üçün deputat mandatı vacibdir. Əminəm ki, İvanişvilini növbədənkənar parlament seçkiləri təyin etməyə məcbur edəcək dalğa olacaq, lakin bunun üçün konstitusiya səsverməsi üçün konkret məqamda xalq mandatı ilə təchiz olunmuş nümayəndələrimiz parlamentdə olmalıdır. Ona görə də boykot qüvvədə qalır və onlar indiki parlament fəaliyyətində iştirak etməyəcək, “Gürcü Arzusu”nu tək qoyacaqlar.

“Lelo”nun boykot etməsini də alqışlayıram.

Texniki vəzifələri həll etdikdən sonra biz hamımız mandatları təhvil verib, mütləq vətəndaşların mənafeyinin müdafiəçisi olacaq yeni, demokratik və koalisiya parlamentinin mandatına keçəcəyik.

Gürcü xalqı artıq İvanişvilini inandırıcı şəkildə məğlub etdi.

Biz bu qələbəni xalq üçün qurmalıyıq və ona görə də taktiki və mənəvi cəhətdən düzgün addımlar atmaq lazımdır.

Əsas vəzifə çoxlu sayda vətəndaşı müxtəlif yerlərdə daimi mitinqlərə cəlb etmək, giley-güzara, bədbinliyə məhəl qoymamaq və məni azadlığa çıxarmaqdır ki, tam mübarizəyə qoşula bilim.

Birlik və bir daha birlik, Gürcüstan üçün rəngarəng birlik!” – Mixail Saakaşvili “Facebook”da yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər