Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycanda xüsusi əməliyyat keçirildi - Gürcüstan vətəndaşı saxlanılıb - VİDEO

1,367
Azərbaycanda xüsusi əməliyyat keçirildi - Gürcüstan vətəndaşı saxlanılıb - VİDEO
Dinləmək üçün basın

Azərbaycan baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Azərbaycan baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Bi barədə InterPress.ge Azərbaycan mətbuatına istinadən xəbər verir.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarə əməkdaşlarının paytaxtın Suraxanı rayonunda keçirdikləri tədbir zamanı Gürcüstan Respublikasının vətəndaşı, Bakı şəhərində müvəqqəti yaşayan Qabil Əliyev tutulub.

Onun əlindəki bağlamaya baxış zamanı 1 kiloqram 840 qram narkotik vasitə heroin və 1 kiloqram 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Qabil Əliyev ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.

Faktla bağlı Azərbaycanın Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qabil Əliyev cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →