03 
Nybr
2021
14:20
1038

Saakaşvili mühacirlərə müraciət edir

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili bir daha həbsxanadan mühacirlərə müraciət edib, onlara mübarizəyə görə təşəkkür edib və Gürcüstana gəlməyə çağırıb.

InterPress.ge xəbər verir ki, Mixail Saakaşvilinin müraciətini 12-ci cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra vəkil Valeri Qelbaxiani jurnalistlərə təqdim edib.

"Ölkəyə gələn, Rustavelidə mübarizə aparan, həbsxananın yaxınlığında duran, bütün dünyada aksiyalar təşkil edənlərə təşəkkür edirəm. İndiyə qədər gəlməyən hər kəsdən xahiş etmək istəyirəm, hazırlanın, pul qazanmağı təxirə salın, icazə alın və ölkənizə bir gün hədiyyə edin. Bu bir gün tezliklə gələcək. Bunun nə vaxt olacağını proseslər göstərəcək və mən sizə bir neçə gün əvvəldən deyəcəyəm, amma bir gün Tbilisiyə gəlmək lazım gələcək. Əgər gəlsəniz, söz verirəm ki, buradan qalib ayrılacaqsınız”, - Saakaşvili bildirib.

Bizimlə əlaqə saxlayın