Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinin qarşısında Mixail Saakaşviliyə dəstək aksiyası keçirilir
Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinin qarşısında Mixail Saakaşviliyə dəstək aksiyası keçirilir.
InterPress.ge xəbər verir ki, etirazçılar eks-prezidentin mülki, çoxfunksiyalı klinikaya aparılmasını və həbsdən azad edilməsini tələb edirlər.
"Mixail Saakaşviliyə azadlıq. Bu, bizim bu gün toplanmağımızın yeganə məqsəddir və məqsədimizə çatana və Mixail Saakaşvili azadlığa buraxılana qədər hər gün belə olacaq.
İndi təcili, bu gün görülməli olan odur ki, Mixail Saakaşvili mülki klinikaya aparılsın, orada ona tam tibbi yardım göstərilsin və biz burada dayanmış bir reanomobilin ümidində olmayaq.
Aclığın 34-cü günüdür və qərarın verilməsini həftələrlə gözləmək lüksümüz yoxdur. Bütün bədən resursları tükəndi. Mixail Saakaşvili dərhal çoxfunksiyalı klinikaya aparılmalıdır və təbii ki, o, azad edilməlidir", - Zaal Udumaşvili bildirib.


