12 
May
2020
16:08
700

Gürcüstanın Ukraynadan gələn səfiri karantinə alınıb

Gürcüstana xaricdən gələn bütün vətəndaşlar 2 həftəlik karantinə göndərilir.

InterPress.ge xəbər verir ki, Mixeil Saakaşvilinin Ukraynanın İslahatlar İcraiyyə Komitəsinin rəhbəri təyin edilməsi səbəbindən məsləhətləşmələr üçün Tiflisə çağırılan Gürcüstanın Ukraynadakı səfiri Teimuraz Şaraşenidze də karantinə alınıb.

Şaraşenidze gürcü mediasına bir gün əvvəl Gürcüstana gəldiyini və karantin zonalarından birində olduğunu bildirdi. Diplomat Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyində görüş keçirdiyini və həmkarlarını rəsmi Tiflisin mövqeyi ilə tanış etdiyini söylədi. Şaraşenidzenin sözlərinə görə, onun mövqeyi "Ukrayna tərəfini təəccübləndirmədi".

“Gürcüstanda məhkum edilmiş bir şəxsin strateji tərəfdaşı olan bir ölkədə siyasi vəzifəyə təyin edilməsi yolverilməzdir. Ukrayna ilə münasibətlərə gəlincə, Gürcüstan tərəfi səy göstərəcək ki, Ukrayna ilə tərəfdaşlıq münasibətləri qorunsun və hətta möhkəmlənsin. Ukraynalı tərəfdaşlarımız bizimlə razılaşırlar. Avratlantik inteqrasiya, işğal, demokratik institutların güclənməsi kimi bizim üçün ən vacib məsələlərdə ortaq mövqelərimiz var. ", - Şaraşenidze Gürcüstanın Birinci kanalına bildirib.

Bizimlə əlaqə saxlayın