04 
Nybr
2021
13:46
4120

Saakaşvili: "Mən heç bir vəzifə istəmirəm, yaşamaq və Gürcüstanda sərbəst hərəkət etmək istəyirəm"

Gürcüstanın üçünc prezidenti Mixail Saakaşvili növbəti məktubunu paylaşıb.

InterPress.ge xəbər verir ki, sabiq prezidentin məktubunu ictimaiyyətə onun vəkili Qiorqi Qelxauri təqdim edib.

Saakaşvilinin yazdığına görə, onu gürcü xalqı azad edə bilər.

“Bütün Gürcüstanda davam edən vətəndaş birliyini və fəallıq prosesini alqışlayıram. Gürcü xalqı bütün şəhərlərdə “Oçneba”nı məğlub edəndə seçki inqilabı həyata keçirdi, ancaq onlar saxtakarlıqla, siyahı masasındakı qadınlar və “köhnə oğlanlar”la bu seçkini sizdən oğurladılar. “İnqilab” sözü qarşısında titrəyən rejim güc ehtiyatını tamamilə tükətdi və indi biz öz çıxışlarımızla dünyaya və İvanişviliyə hər yerdə nümayiş etdiririk ki, qələbəmiz yalnız bizə məxsusdur və bu qazanılan qələbəni xalqa geri qaytarmalıyıq.

Mən Elene Xoştarianı və Rustavi qalası yaxınlığında həmrəylik üçün aclıq aksiyası keçirən və Sameqreloda da eyni şeyə hazırlaşanları salamlayıram. Mən "Qirçi"dən olan İmeda Kldiaşvilinin Kutaisidə göstərdiyi vətəndaş qəhrəmanlığını, İzo Çirqadzenin həqiqəti söyləməkdə göstərdiyi cəsarəti alqışlayıram və gürcülərin səsinin saxtalaşdırılmasında iştirak etmək məcburiyyətində qalan digər insanları da Çirqadzedən və istefa verən və həqiqəti deyən polislərdən nümunə götürməyə çağırıram. İndi partiya mənsubiyyətinə və ya keçmiş fəaliyyətlərinə görə bölünməyin vaxtı deyil. Birlik və mübarizə zamanıdır. Biz heç bir millətdən geri qalmırıq və mübarizə bizə mütləq nəticə verəcəkdir. Rejim çox zəifdir.

Rejimin indi məni əfv edəcəyi gözləntisinə gəlincə, heç kimin bu barədə gözləntisi yoxdur. Mən Putinin şəxsi məhbusuyam. Onlar birbaşa Moskvadan göstərişlər alırlar və beləliklə, məni yalnız gürcü xalqı azad edə bilər, o özü özünü və məni azad edəcək.

Mən heç bir vəzifə istəmirəm. Mən yaşamaq, azadlıq, Gürcüstanda sərbəst hərəkət etmək və azad, xoşbəxt insanlar arasında olmaq istəyirəm", - Saakaşvili yazıb.

Bizimlə əlaqə saxlayın