Mixail Saakaşvili aclıq aksiyası ilə bağlı məktub yaydı
"Məni gözdən salmağa və təhqir etməyə yönəlmiş bütün həyasız fərziyyələri nəhayət aradan qaldırmaq üçün bu gün səhərdən Aclıq Protokoluna daxil olan minerallar və vitaminlər, qlükoza həbləri də daxil olmaqla istənilən şeyi qəbul etməkdən imtina edirəm".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin Facebook səhifəsində yayılan digər məktubunda qeyd olunub.
Eyni zamanda, Saakaşvili Gürcüstana gəlməmişdən əvvəl mədəsindən əməliyyat olunması ilə bağlı mətbuatda yayılan xəbərlərə cavab verib. Onun sözlərinə görə, sonuncu cərrahi müdaxilə 5 il əvvəl olub.
“Mədəmə son cərrahi əməliyyat (və bu, mediada yazılan bir prosedur deyildi) 5 il əvvəl baş verdi və qidalanmağa problem yaratmadı. Oktyabrın 30-dan sonra Həbsxananın Tibb İdarəsinin tövsiyəsi ilə və bunun Aclıq Protokoluna tam daxil olması səbəbi ilə bir neçə şüşə şirə qəbul etdim.
Bəzi şura üzvlərinin və yerli həkimlərin israrlı təkliflərinə baxmayaraq, heç bir yemək qəbul etmirəm və qəbul etdiyim hər şey aktlaşdırılır, imzalayıram.
Məni gözdən salmağa və təhqir etməyə yönəlmiş bütün həyasız fərziyyələri nəhayət aradan qaldırmaq üçün Aclıq Protokoluna daxil olan minerallar və vitaminlər, qlükoza həbləri də daxil olmaqla hər hansı şeyi qəbul etməkdən imtina edirəm. Sizi aldada bilmərəm, mənim vəziyyətim, hisslərimə görə, kəskin şəkildə pisləşib və düşünürəm ki, tezliklə ciddi bir çətinləşmə qaçılmazdır.
Bəzi ağırlaşmalar artıq göz qabağındadır və son günlər administrasiya artıq bir neçə xarici mütəxəssis çağırmalı oldu. Aydındır ki, Putin və İvanişvilinin məqsədi məni fiziki cəhətdən məhv etməkdir. İndi mən gürcü xalqına, vətənimin vətənpərvərlərinin həmrəyliyinə, insanlığına və vətəndaş mövqeyinə ümid edirəm", - Saakaşvilinin məktubunda deyilir.


