12 
May
2020
23:34
969

Ramazan ayının 19-cu gününün imsak, iftar duası və vaxtları

Ramazan təqviminə əsasən, mayın 13-də imsak Tbilisi vaxtı ilə saat 03:49-da, iftar vaxtı isə 20:30-dadir. İftar vaxtı bir neçə dəqiqə ehtiyyat etmək məsləhət görülür.

19-cu günün imsak vaxtının duasını təqdim edirik:

Duanın oxunuşu: “Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin!”.

Tərcüməsi: “İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi!”

İftar duası:

Duanın oxunuşu: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul etsin!

Bizimlə əlaqə saxlayın