08 
Nybr
2021
11:09
593

“Lelo” hakimiyyətə müraciət edir

“Lelo” hakimiyyətə dərhal dialoqa başlamağı təklif edir. 

InterPress.ge xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətindən məlumat verilib.

"Yerli seçkilərdən sonra Prezident Saakaşvilinin aclıq aksiyası fonunda ölkədə gərginlik  günü-gündən artır. Bölünmüş cəmiyyətdə emosiyalar kəskin şəkildə yüksəlir və vəziyyət artıq partlayıcı həddədir. Proses açıq şəkildə xaosa və vətəndaş qarşıdurmasına doğru gedir.

Bu vəziyyətdə, siyasi və şəxsi qarşıdurma nə qədər dərin olsa da, gürcü millətinin və ümumi vətənimizin mənafeyinə uyğun olaraq, hamımız ağlabatan  tədbirlər görmək üçün resurslar tapmalıyıq.

Lelo hakimiyyət rəsmilərini vəziyyətin gərginliyinin aradan qaldırılmasının konkret yollarını tapmaq üçün dərhal dialoqa başlamağa çağırır. Hər itirilmiş dəqiqə gürcü dövlətinin taleyini kökündən dəyişə bilər.

Lelo dərhal müxalifətlə hakimiyyət arasında dialoqda iştirak etməyə hazırdır", - deyə Lelo bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər