Müxalifət yenidən genişmiqyaslı aksiya elan etdi: "On minlərlə insan Azadlıq Meydanına gələcək"
Müxalifətin elan etdiyi mitinqə bu gün on minlərlə insan toplaşacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Vahid Milli Hərəkatın liderlərdindən Zaal Udumaşvili məlumat verib.
Udumaşvilinin jurnalistlərə dediyinə görə, mitinq dinc, lakin çox güclü olacaq.
“Görürük ki, Gürcüstanın üçüncü prezidentini birbaşa ölümə məhkum edən tamamilə ehtiyatsız hakimiyyətlə qarşı-qarşıyayıq. Təbii ki, biz indi çox tez hərəkət edəcəyik, çünki praktiki olaraq vaxt yoxdur. Saakaşvili tibbi dərman qəbul etməkdən imtina etdikdən sonra onun vəziyyəti hər saat pisləşir. Kritik həddəyik, ola bilsin ki, növbəti saatlar və günlər çox şeyi həll edə bilər.
Biz bu gün saat 20:00-da toplanacağıq, on minlərlə insan Azadlıq meydanına gələcək, yalnız bir tələblə - ölkədə hökm sürən qanunsuzluğa, müxalifət liderlərinə və hər şeydən əvvəl Mixail Saakaşviliyə qarşı siyasi təqiblərə son qoyulmasına. Biz birdəfəlik elə bir ölkə yaratmalıyıq ki, orada siyasi qaçqınlar olmasın, prezidentlər həbs edməsin və ölümə məhkum edilməsin, hər il yüzlərlə məhbus tam tibbi xidmət alsın. Yalnız bir məhbus - Mixail Saakaşvili sadəcə Vladimir Putinin şəxsi məhbusu olduğu üçün ona tibbi yardım göstərilməsinə qadağa qoyulur. Dinc, lakin çox güclü mitinq olacaq və bu proses dayanmayacaq”, - Udumaşvili bildirib.
Məlumat üçün bildirək ki, bu gün saat 20:00-da müxalifət Azadlıq meydanında etiraz aksiyası keçirəcək.


