1 USD =
3.0794 GEL
1 EUR =
3.4908 GEL
1 TRY =
0.2297 GEL
100 RUB =
4.0259 GEL
1 AZN =
1.8101 GEL
31 
Yan
2020
23:25
793

Koronavirus Rusiyaya da çatdı

Rusiyada koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə “İnterfaks” virusla mübarizə üzrə operativ qərargaha rəhbərlik edən baş nazirin müavini Tatyana Qolikovaya istinadla xəbər yayıb.

Yoluxanların iki nəfər olduğu bildirilir.

Onlardan biri Zabaykalsk diyarında, digəri isə Tümen vilayətindədir. Hər ikisi Çin vətəndaşıdır.

“Rospotrebnadzor” federal qurumunun rəhbəri Anna Popova onların təcrid olunduğunu bəyan edib: “Onların vəziyyəti stabildir, temperatur müşahidə edilməyib”.

Son məlumatlara görə, Çində koronavirus səbəbindən artıq 213 nəfər həyatını itirib.

ÇXR ilə yanaşı, İtaliya, Yaponiya, Cənubi Koreya, Tailand, ABŞ, Almaniya, Avstraliya, Finlandiya və Fransada da yoluxma halları qeydə alınıb.

2019-nCoV virusu insandan insana ötürülür. İnfeksiyanın əsas əlamətləri arasında qızdırma, halsızlıq və öskürək var.

Bizimlə əlaqə saxlayın