Rustavidə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin yerləşdiyi 12-ci cəzaçəkmə müəssisəsinin yaxınlığında helikopter görülüb.
InterPress.ge KİV-nə istinadən xəbər verir ki, helikopter bir neçə dəqiqə əvvəl həbsxananın yaxınlığında yerə enib.
Helikopterin cəlb olunmasının keçmiş prezident Mixail Saakaşvilinin köçürülməsi ilə bağlı olub-olmadığı hələlik məlum deyil.
Bununla bağlı nə Ədliyyə Nazirliyində, nə də Penitensiar Xidmətdə hər hansı şərh verilməyib.
