13 
May
2020
12:14
997

Polis 132 nəfəri cərimələdi

Son 24 saat ərzində, polis tərəfindən həyata keçirilən monitorinq nəticəsində bütün ölkə üzrə, fövqəladə vəziyyət rejiminin və komendant saatının pozulmasının 132 faktı aşkar edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata bildirilir.

Belə ki, polis 12 may saat 21:00-dan 13 may saat 6:00-a qədər komendant saatının pozulması faktı üzrə, bütün ölkə üzrə 109 vətəndaşı cərimələyib.

Bundan başqa Daxili İşlər Nazirliyi əməkdaşları, üçdən artıq insanın toplaşması və iki metrlik məsafənin müdafiə olunmaması üçün 13 insanı cərimələdilər.

10 nəfər isə sərnişin daşıdığına və yol hərəkəti qaydalarını pozduğuna görə cərimələndi.

“Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edir ki, fövqəladə vəziyyət çərçivəsində müəyyən edilmiş məhdudiyyətləri müdafiə etsinlər, əks təqdirdə qanun ilə müəyyən edilmiş tədbirlər görüləcək.

Gürcüstan ərazisində olan bütün şəxs borcludur ki, fövqəladə rejimi müdafiə etsin və Gürcüstanda olan qanunvericilik tələblərinə tabe olsun.

Fövqəladə vəziyyət rejiminin pozulması inzibati məsuliyyətə cəlb olunmanı əmələ gətirir – fizi şəxs 3 000 lari, hüquqi şəxs isə, 15 min lari ilə cərimələnir”, – DİN-də bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər