Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Liza Yasko: "Düşünürəm ki, bu, böyük ayıbdır"

1,339
Liza Yasko: "Düşünürəm ki, bu, böyük ayıbdır"
Dinləmək üçün basın

"Həbsxana xəstəxanasının təhlükəsiz mühit olmadığına əminəm".

"Həbsxana xəstəxanasının təhlükəsiz mühit olmadığına əminəm".

InterPress.ge xəbər verir ki, bu sözləri Ukrayna Radasının deputatı Liza Yasko deyib.

Yaskonun sözlərinə görə, şəxsi həkimi hələ ona baş çəkmədiyi üçün keçmiş prezidentin səhhəti ilə bağlı dəqiq məlumatı yoxdur.

"Əminəm ki, bura təhlükəsiz yer deyil. Dünən burada ona necə psixoloji təzyiqlər edildiyini və onun zorla bura necə gətirildiyini gördüyümüz üçün təbii ki, bu, bütün hüquqların pozulmasıdır. Onlar bütün məhbusları bu cür alçaltmağa çalışmırlar. Düşünürəm ki, bu, böyük ayıbdır", - Yasko bildirib.

Məlumat üçün bildirək ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Rustavi həbsxanasından Qldani həbsxanası xəstəxanasına köçürülüb.

Gürcüstanın üçüncü prezidentini Qldani həbsxana xəstəxanasında Ombudsmanın nümayəndəsi ziyarət edib.  Mixail Ğoğadzenin sözlərinə görə, Mixail Saakaşvili təcili yardım maşını ilə Qldani həbsxanasına aparılıb və o, zorla maşından çıxarılıb.

Ədliyyə naziri Rati Breqadzenin sözlərinə görə, Mixail Saakaşvili 18 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarını fiziki və şifahi şəkildə təhqir edib. 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →