09 
Nybr
2021
20:29
1714

Ceyhun Məhəmmədəli Saakaşviliyə dəstək aksiyasında: "Biz bu gün evlərimizdən çıxıb ölkəmizin ləyaqətini qorumalıyıq"

"Biz gecələr öz evimizdə isti yerimizdə yatanda, sakit oturanda bu, o adama psixoloji olaraq təsir edir. Bu Gürcüstan vətəndaşları olaraq bizim üçün böyük təhqirdir".

InterPress.ge xəbər verir ki, bu sözləri Mtavari Arxi kanalının jurnalisti Ceyhun Məhəmmədəli  Milli Hərəkatın Tbilisidə keçirdiyi mitinqdə çıxış edərkən deyib. 

"Mixail Saakaşvili heç kimə, nə Kobaxidzeyə, nə Ğaribaşviliyə, nə də Bidzina İvanişviliyə pislik etməyib. Bunlar yalnızca ölkənin düşmənlərinin mənafeyinə uyğundur. Onlar buna sevinirlər. Bütün bunlar gürcülər üçün təhqirdir. Ona görə də, biz bu gün evlərimizdən çıxıb ölkəmizin ləyaqətini qorumalıyıq. Buna görə də, mən bir vətəndaş olar deyirəm ki, birliyimizi, bir-birimizə olan sevgimizi, komanda olmağımızı qoruyaq və bu işdə mübarizə aparaq. Saakaşvili hakimiyyətə gələndə kəndlərimizə işıq, rayonlarımıza asfalt çəkildi. Bizim üçün günəş belə parlayırdı. Biz gənclərdə oğruluq mentalitet idi, ancaq yavaş-yavaş bu dəyişdi. Bir insan Mixail Saakaşvilinin təhsil islahatlarından sonra normal təhsil almağa başladı. Onlarla Azərbaycanlı bu gün ali təhsil müəssisələrində təhsil alır və düşünə bilir. Mixail Saakaşvili bizdə dövlət düşüncəsi yaratdı. Bizim ölkəmizə qarşı öhdəliklərimiz var. Ölkə prezidentinin bir neçə metr uzaqda, həbsxanada oturması və bir-birimizi görməməyimiz çox ağırdır. Ölkəmizdə çox təxribatçı bir hökumət formalaşıb və dünən biz onların nə etdiklərini gördük. Onlar insanların duyğuları ilə oynayırlar. Ancaq liderlər insanları həbsxana qarşısına aparmadılar və buna görə onlara təşəkkür edirəm. Eyni zamanda nə gündə olduğumuzu yavaş-yavaş gördükləri üçün beynəlxalq ictimaiyyətə də öz təşəkkürümü bildirirəm. Ölkədə olan xarici diplomatlar nə İvanişvilinin dostlarıdır, nə də Saakaşvilinin. Onlar sadəcə olaraq gürcü xalqının dostlarıdır. Onlar bizim yanımızda duraraq bizim maraqlarımızı qorumalıdırlar", - deyə o söyləyib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər