
Ədliyyə naziri: Mixail Saakaşvilinin hansı tibb müəssisəsinə yerləşdiriləcəyi ilə bağlı qərarı Saakaşvili deyil, Penitensiar Xidmət verir"
"Mixail Saakaşvilinin hansı tibb müəssisəsinə yerləşdiriləcəyi ilə bağlı qərarı Saakaşvilinin özü deyil, Penitensiar Xidmət verir".
InterPress.ge xəbər verir ki, bunu Ədliyyə naziri Rati Breqadze deyib.
Nazirin sözlərinə görə, Saakaşvili onun klinikaya, tibb müəssisəsinə köçürüldüyünü bilib, lakin nazir onun Qldanidəki 18-ci tibb müəssisəsinə köçürülməsi barədə ona məlumat verilib-verilmədiyini dəqiqləşdirməyib.
“Kadrlarda yerləşmə faktı görünür. Bu kadrlarda camaat vəkillərdən birinin yalan danışmasını görürür ki, sanki reanimobil cəzaçəkmə müəssisəsindən 30 metr aralıda dayanıb. Həmçinin, bu kadrlar məhbusun əməkdaşımıza necə fiziki təzyiq göstərdiyini, həmçinin tibbi avadanlıqları necə zədələdiyini göstərir. O, klinikaya və tibb müəssisəsinə getdiyini bilirdi. Onun hara və hansı cəzaçəkmə müəssisəsinə köçürüləcəyi ilə bağlı qərarı məhbus yox, onun sağlamlıq və təhlükəsizlik amillərinə əsaslanaraq xüsusi Penitensiar Xidmət verir”, - Rati Breqadze bildirib.
Breqadze eyni zamanda qeyd edib ki, Mixail Saakaşvili aclığı dayandırsa, 12-ci müəssisəyə qaytarılacaq.