Aİ səfiri Saakaşvilinin kadrlarının yayılmasına belə münasibət bildirdi
"Mixeil Saakaşvilinin Qldani həbsxanasının tibb müəssisəsinə köçürülməsi ilə bağlı videogörüntülərin dərc edilməsi zərurəti şübhə və təəssüf doğurur".
InterPress.ge xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzel deyib.
Səfirin jurnalistlərə izah etdiyinə görə, sözügedən videogörüntülərin yayılması vəziyyəti yüngülləşdirməyə kömək etmir.
“Açıq şəkildə deyə bilərəm ki, bu videonun yayımlanması zərurəti mənim üçün sual altındadır və təəssüf ki, bu videonun dərcinin hər hansı şəkildə vəziyyəti yüngülləşdirməyə kömək edəcəyini düşünmürəm. Eyni zamanda, bu videonu dərc etməkdə məqsədin Mixeil Saakaşvilinin səhhətinin necə olmasının diqqət mərkəzində olması, həmçinin onun fundamental hüquqlarının, o cümlədən ləyaqətinin və şəxsi həyat toxunulmazlığının qorunmasına cavab verdiyini düşünmürəm”, - deyə səfir bildirib.


