12 
Nybr
2021
13:19
342

“Qirçi - Daha çox azadlıq üçün” Rustavidə DTX binasının yaxınlığında aksiya-performans keçirir

“Qirçi - Daha çox azadlıq üçün” Rustavidəki Dövlət Təhlükəsizlik Xidmətinin binası qarşısında səssiz aksiya keçirir.

InterPress.ge xəbər verir ki, partiya üzvü İrakli Kukania avtomobillə binanın girişini bağlayıb.

Patrul polisi və polis əməkdaşlarının avtomobili ərazidən çıxarmaq və ya danışmaq üçün  çoxsaylı çağırışlarına baxmayaraq, o, avtomobildən düşməyib. 

O, avtomobilin şüşəsinə “şərh vermirəm, mətbuat mərkəzi ilə əlaqə saxlayın” plakatları, həmçinin aşağıdakı tələbləri əks etdirən plakat asıb: seçki sistemi tam proporsional olsun, baryer 2%-ə endirilsin, yazda erkən seçkilər keçirilsin və üçüncü prezident Mixeil Saakaşvili çoxprofilli klinikaya köçürülsün. 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər