Didube metrosu yaxınlığında Milli Hərəkatın təşkilatçılığı ilə etiraz aksiyası keçirilir.
InterPress.ge xəbər verir ki, etirazçıların əsas tələbi Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin çoxprofilli mülki klinikaya köçürülməsidir.
Onlar özləri ilə Mixail Saakaşvilini dəstəkləyən plakatlar aparıblar.
Etirazçılar sona qədər mübarizə aparacaqlarını vurğulayıblar.
Didube metrostansiyasının yaxınlığında təhlükəsizlik tədbirləri gücləndirilib. Aksiyada partiya liderləri də iştirak edir. Etirazçılar və liderlər aksiyanı Səhiyyə Nazirliyi qarşısında davam etdirməyi planlaşdırır.
