Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Salome Zurabişvili Roma Papası Fransisk ilə danışıb

943
Salome Zurabişvili Roma Papası Fransisk ilə danışıb
Dinləmək üçün basın

Salome Zurabişvili Roma Papası Fransisk ilə danışıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, söhbət koronavirus böhranı zamanı beynəlxalq həmrəyliyin vacibliyindən gedib. Gürcüstan prezidenti, Ümumi Gürcüstanın Katolikos Patriarxından Papaya isti salamlar çatdırıb və qeyd edib ki, bu gün katolikos patriarx ilə görüşü zamanı məhz beynəlxalq həmrəyliyin əhəmiyyətindən danışıb.

Söhbət, həmçinin Papa üçün əsas prioritetlərindən olan qlobal ekoloji vəziyyət və ətraf mühit məsələlərindən də düşüb.

Gürcüstan prezidentinin sözlərinə görə, ölkə üçün ətraf mühiti qorumaq və ölkədəki mövcud ekosistemlərin qorunmasına qayğı göstərmək çox vacibdir. Papa, ekoloji məsələlərdə Gürcüstanı tam dəstəklədiyini vurğulayıb.

Gürcüstan prezidenti Roma Papasına ölkənin işğal altındakı əraziləri və orda yaranmış humanitar böhranla bağlı da danışıb. Roma Papası bildirib ki, böhran zamanı qarşılıqlı ehtiyyac və xalqlar arasında qardaşlığın zəruriliyi daha da aydın görünür.

Roma Papası, mayın 14-də yer kürəsinin pandemiyadan xilası üçün dua edəcək. O, Gürcüstan prezidentinə söz verib ki, Gürcüstan üçün, böyük mənəviyyata malik və dəyərli xalq üçün dua edəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →