Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Udumaşvili: "Hökumətin hərəkətləri təkcə Mixail Saakaşviliyə qarşı deyil, həm də dövlətə qarşı yönəlib"

1,044
Udumaşvili: "Hökumətin hərəkətləri təkcə Mixail Saakaşviliyə qarşı deyil, həm də dövlətə qarşı yönəlib"
Dinləmək üçün basın

“Siz və ya başqaları nə vaxta qədər gizlənəcəksiniz?"

“Siz və ya başqaları nə vaxta qədər gizlənəcəksiniz?"

InterPress.ge xəbər verir ki, bu barədə  “Vahid Milli Hərəkat”ın liderlərindən biri  Zaal Udumaşvili parlament qarşısında baş tutan mitinqdə çıxışı zamanı qeyd edib.
O, eləcə də səhiyyə nazirinə “Hər kəs cavab verməli olacaq” deyə müraciət edib.
 Udumaşvilinin sözlərinə görə, hökumət tərəfindən atılan addımlar  təkcə Mixail Saakaşviliyə qarşı deyil, həm də dövlətə qarşı yönəlib.

"Bir aydır gizlənən və vəzifəsi Mixail Saakaşvilinin səhhəti ilə məşğul olmaq olan səhiyyə nazirinə müraciət edirəm - sən və ya başqaları nə vaxta qədər gizlənəcəksiniz?! Gürcüstan Rusiyanın bir hissəsi olmayacaq, biz Avropa ailəsinin bir hissəsiyik və yolumuz Avropayadır”,-Udumaşvili bildirib.

Eyni zamanda, Udumaşvilinin açıqlamasına görə, mitinqlər davam edəcək və dövlət əleyhinə cinayət törədən bütün dövlət qurumlarına müraciət edəcək.

"Mitinqlərimiz gündəlik olacaq. Bu gün Rustaveli prospektindəyik, sabah və o biri gün başqa yerdə olacağıq. Dövlətə qarşı cinayət törədən bütün dövlət qurumlarına müraciət edəcəyik. Mübarizəmiz davam edəcək. Biz sonunda qalib gələcəyik"- Udumaşvili.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →