Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Avropa Xalq Partiyası Mixail Saakaşvili ilə bağlı çağırış etdi

885
Avropa Xalq Partiyası Mixail Saakaşvili ilə bağlı çağırış etdi
Dinləmək üçün basın

Avropa Xalq Partiyası (APP) Gürcüstan hakimiyyətini Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin yaxşı təchiz olunmuş klinikada adekvat müalicəsini təmin etməyə çağırır.

Avropa Xalq Partiyası (APP) Gürcüstan hakimiyyətini Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin yaxşı təchiz olunmuş klinikada adekvat müalicəsini təmin etməyə çağırır.

InterPress.ge bəyanatı təqdim edir: 

"Biz hələ də cənab Saakaşvilinin səhhəti və təhlükəsizliyi, habelə onun məhbus kimi hüquqları, o cümlədən şəxsi həyatının toxunulmazlığı və ləyaqəti və barəsində mühakimə olunan şəxs kimi ciddi narahatıq. O, lazımi şəkildə təchiz olunmuş klinikada adekvat tibbi müalicə almalıdır".

Maykl Qaleri həmçinin Gürcüstan hökumətini tibbi şuranın tövsiyələrini tam yerinə yetirməyə çağırır.

"Gürcüstan hökuməti ötən ay tibbi şura - Saakaşvilinin səhhətinə nəzarət etmək üçün xüsusi orqan yaratdı. Lakin onun tövsiyələri tam yerinə yetirilməyib. Biz Gürcüstan hökumətini onları tam və dərhal həyata keçirməyə çağırırıq”, - deyə o qeyd edib.

Avropa Xalq Partiyasının internet saytında yerləşdirilən məlumata görə, Maykl Qalerin bəyanatına səbəb mediada və Gürcüstan ombudsmanının müvafiq olmayan tibbi avadanlıqlarla bağlı narahatedici xəbərləri, habelə həbsxanada olan digər məhbuslar tərəfindən Saakaşviliyə qarşı təhdid və təhqirlər olub. 

"Saakaşvili saxlanıldıqdan sonra, oktyabrın 1-dən aclıq aksiyası keçirir. O, prezidentlik dövründə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək 2018-ci ildə qiyabi olaraq ittiham olundu və onu 6 ilə qədər həbs cəzası gözləyir. O, çərşənbə günü məhkəmədə iştirak etməli idi, lakin təhlükəsizlik baxımından buna icazə verilmədi", - EPP saytındakı bəyanatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →