Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Vahid Milli Hərəkatın üzvü açıqlama verdi: "Bu gün eyni vaxtda bir neçə yerdə etiraz olacaq"

641
Vahid Milli Hərəkatın üzvü açıqlama verdi: "Bu gün eyni vaxtda bir neçə yerdə etiraz olacaq"
Dinləmək üçün basın

Vahid Milli Hərəkatın üzvü Nika Oboladzenin sözlərinə görə, bu gün müxalifət eyni vaxtda bir neçə yerdə etiraz aksiyası keçirəcək.

Vahid Milli Hərəkatın üzvü Nika Oboladzenin sözlərinə görə, bu gün müxalifət eyni vaxtda bir neçə yerdə etiraz aksiyası keçirəcək.

InterPress.ge xəbər verir ki, etirazçıların əsas tələbi ölkədə sakit həyat yaşamağa imkan yaratmaqdır.

“Bu gün bizim insanlıq borcumuzdur ki, dinc həyat sürmək üçün əlimizdən gələni edək. 45 gündür aclıq aksiyası keçirən şəxs aclığı dayandırmaq üçün çoxprofilli klinikaya aparılmalıdır.  Aclığının real təhlükə yaratmaması üçün klinikaya köçürülməsini xahiş edirik, amma “Gürcü Arzusu”nun cavabı onu aparmamaqdır ki, bu da canlı efirdə prezidentə sui-qəsd cəhdidir. Bu gün biz Tbilisinin bir çox yerində etiraz aksiyası keçirəcəyik. Bizim əsas tələbimiz ölkənin dinc həyat sürməsinə imkan verməkdir və biz birlikdə Saakaşvilinin həyatını birtəhər xilas etməliyik", - Nika Oboladze bildirib.

Milli Hərəkatdan verilən məlumata görə, aksiya-performans Tbilisinin müxtəlif yerlərində keçiriləcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →