15 
Nybr
2021
14:08
1121

Nazirlər Kabineti gündəmdə olan 9 məsələni müzakirə etdi

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumət administrasiyasında iclas keçirilib. 

InterPress.ge xəbər verir ki, Nazirlər Kabineti gündəmdə nəzərdə tutulmuş 9 məsələni müzakirə edib.

Hökumət “2020-2022-ci illər üçün Pilot Regionların İnteqrasiya İnkişaf Proqramı çərçivəsində seçilmiş layihələrin maliyyələşdirilməsi üçün bəzi bələdiyyələrə vəsaitin ayrılması haqqında” sərəncamda dəyişiklikləri təsdiqləyib. Buna əsasən, şəhərsalma, turizm və biznesin inkişafının məqsədyönlü layihələri 2021-2022-ci illərdə Laqodexi, Telavi, Kutaisi, Xaraqauli, Lançxuti, Tskaltubo və Çiatura bələdiyyələrində həyata keçiriləcək ki, bununla da proqram çərçivəsində bələdiyyələrə ümumilikdə 3 774 097 lari köçürüləcək, bələdiyyələrin birgə maliyyələşdirilməsi isə 42 min laridən çox olacaq. Maliyyələşdiriləcək layihələr birbaşa bələdiyyələrin təşəbbüsü və proqram çərçivəsində elan edilmiş müsabiqələr əsasında seçilib.

2020-2022-ci illərdə Pilot Regionların İnteqrasiya İnkişaf Proqramı Gürcüstanın dörd pilot regionunda - Kaxeti, İmereti, Quria və Raça-Leçxumi-Kvemo Svanetidə məqsədyönlü fəaliyyətlərin maliyyələşdirilməsini təmin edir. Proqramın ümumi büdcəsi 200 milyon lari təşkil edir.

Pilot Regionların İnteqrasiya İnkişaf Proqramı çərçivəsində 4 pilot bölgəsi bələdiyyələri üçün artıq 48 milyon lariyə qədər vəsait ayrılıb.

Bizimlə əlaqə saxlayın