15 
Nybr
2021
15:12
639

Vahid Milli Hərəkat Daxili İşlər Nazirliyinə çağırış etdi

Vahid Milli Hərəkatdan verilən məlumata görə, partiyanın elan etdiyi aksiya ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı bəyanat elan edilən aksiyanı pozmaq məqsədi daşıyır və dinc nümayişçilərin saxlanılmasını bildirir.

InterPress.ge xəbər verir ki, bu barədə partiyanın yaydığı bəyanatda deyilir.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin funksiyası toplantının dinc keçirilməsini və qanunla onların üzərinə qoyulan vəzifələrin icrasını təmin etməkdir.

"2021-ci il noyabrın 14-də Vahid Milli Hərəkat ictimai bəyanatla çıxış etdi, ona əsasən, 2021-ci il noyabrın 15-də Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliyə dəstək yürüşü keçiriləcək. Gürcüstanın Daxili İşlər Nazirliyi əvvəlcədən bəyan edib ki, yürüş iştirakçıları Gürcüstanın qanunlarını və Konstitusiyasını pozurlar. Bəyanatda Gürcüstan qanunvericiliyinin normaları yanlış izah edilib ki, bu da, elan edilən aksiyanı pozmaq məqsədi daşıyır və dinc nümayişçilərin saxlanılması elanıdır. Gürcüstan Konstitusiyasının 21-ci maddəsinin birinci bəndi sərbəst toplaşmaq azadlığını qoruyur. "Müdafiə qüvvələri, dövlət və ya ictimai təhlükəsizliyi qorumaq barədə məsuliyyət daşıyan orqanın tərkibində olan şəxslərdən başqa hər kəsin ilkin icazə almadan ictimai şəkildə və silahsız toplaşmaq hüququ vardır". Müvafiq olaraq, dövlətin həm dinc toplantını qorumaq, həm də şəxslərin qeyd etdiyi hüququn səmərəli həyata keçirilməsini təmin etmək üçün müvafiq tədbirlər görmək öhdəliyi var. Vahid Milli Hərəkat ictimai bəyanat yayaraq, yuxarıda qeyd olunan dinc yürüşün saat 15:00-dan 17:00-a kimi məhdud müddətə keçiriləcəyi ilə bağlı bütün aidiyyatı qurumlara əvvəlcədən xəbərdarlıq edib. Əvvəlcədən xəbərdarlıq mexanizminin yeganə məqsədi dövlət orqanlarına müvafiq tədbirlər görmək imkanı verməkdir ki, toplaşmaq və/və ya nümayiş keçirmək hüququnun həyata keçirilməsi təmin edilsin. 

Daxili İşlər Nazirliyi və aidiyyəti strukturları yığıncağın dinc şəraitdə keçirilməsini və qanunla onların üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etməyə çağırırıq", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın