Milli Hərəkatın təşkilatçılığı ilə etirazçıların yürüş etdiyi Nikoloz Barataşvili körpüsünün yaxınlığına avtobuslarda xüsusi təyinatlılar və su maşınları cəlb olunub.
InterPress.ge xəbər verir ki, Riğe Parkı ərazisində 10-a qədər sarı avtobus hərəkət edib və onların xüsusi təyinatlıları daşıdığı ehtimal olunur.
Məlumat üçün bildirək ki, etirazçılar yürüşü Ədliyyə Nazirliyi istiqamətində davam etdirməyə hazırlaşırlar.
