Sağ sahildən “Gürcü Arzusu”nun mərkəzi ofisinə gedən yol hüquq-mühafizə orqanları tərəfindən bağlanıb.
InterPress.ge xəbər verir ki, polis əməkdaşları yolun qeyd olunan hissəsini "Milli Hərəkat"ın üzvlərinin və tərəfdarlarının orada görünməsi səbəbi ilə bağlayıb.
Etirazçılar “Gürcü Arzusu”nun ofisinə yaxınlaşmayıblar. Onlar yürüşlərini sağ sahildə davam etdiriblər.
