1 USD =
3.0794 GEL
1 EUR =
3.4908 GEL
1 TRY =
0.2297 GEL
100 RUB =
4.0259 GEL
1 AZN =
1.8101 GEL
16 
Nybr
2021
17:47
3789

Azərbaycanda yaşayan Gürcüstan vətəndaşlarının nəzərinə!

“Azərbaycana gələn əcnəbi vətəndaşlar müvəqqəti yaşama haqqında icazəsi olduğu təqdirdə bütün vaksin məntəqələrində peyvənd vurdura bilərlər”.

InterPress.ge xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycanın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

Onun sözlərinə görə, Azərbaycanda daimi yaşama icazəsi olan vətəndaşlar, xaricdən gələn miqrantlar da FİN kodu ilə istənilən tibb məntəqəsini seçib peyvənd oluna bilərlər: “Bu şəxslərin randevu.its.gov.az saytından randevu götürməsi mümkün olmadığından onlar e-tabib tətbiqində randevu götürərək vaksinasiya prosesində iştirak edə bilərlər”.

TƏBİB rəsmisi turistlərin belə icazəsi olmadığından onları qeydiyyata salmağın mümkün olmadığını bildirib: “Bu səbəbdən turistlər ölkəmizdə vaksin oluna bilmirlər. Xarici İşlər Nazirliyi tərəfindən diplomatik vəsiqə ilə təmin olunan şəxslər isə Kliniki Tibbi Mərkəzdə, Bakı Sağlamlıq Mərkəzində və 2 saylı Kliniki Xəstəxanada vaskinasiya olunub qeydiyyata salınırlar”.

Bizimlə əlaqə saxlayın