Bolnisidə yeni karantin qaydaları tətbiq olunur - Rəsmi
″Yeni növ koronavirusun yayılmasının qarşısının alınmasına dair Marneuli və Bolnisi Munisipalitetlərində görüləcək karantin tədbirləri haqqında″ qətnaməyə dəyişiklik edilib.
InterPress.ge 1tv-yə istinadən xəbər verir ki, bu barədə hökumət adminstrasiyasından məlumat verilib.
Mayın 18-də Marneulidə ciddi karantin rejimi ləğv edildiyi üçün hökumət, Bolnisi Munisipalitetində görüləcək karantin tədbirləri haqqında qətnamə qəbul etdi. Bəhsi keçən qətnamə məhz mayın 18-dən etibarən qüvvəyə minəcək.
Müvafiq olaraq, qətnamənin adı belə tərtib edildi: “Yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə Bolnisi Munisipalitetində görüləcək karantin tədbirləri haqqında”.
Qətnaməyə əsasən, ictimai təhlükəsizliyi təmin etmək, əhalinin həyatı və sağlamlığı üçün gözlənilən təhlükələri azaltmaq üçün, Bolnisi Munisipalitetinin ərazisində bütün növ giriş fövqəladə vəziyyət müddəti ilə qadağan olunur. Bu aşağıdakıları nəzərdə tutur:
Bolnisi Munisipalitetinin ərazisinə giriş qadağasını (bu məhdudiyyət Bolnisi Munisipalitetində qeydiyyata olan / faktiki olaraq orda yaşayan şəxslərə şamil edilmir);
Bolnisi Munisipalitetinin ərazisindən çıxışın qadağan edilməsini;
Bolnisi Munisipaliteti ərazisində yerdəyişmənin qadağan olunmasını.
Bu məhdudiyyət tibbi xidmətdən yararlanmaq eləcə də, qida və əczaçılıq məhsullarını əldə etmək məqsədi ilə yerdəyişməyə şamil olunmur.
Bolnisi Munisipalitetinin ərazisində ictimai nəqliyyatla yerdəyişmə qadağan olunur.
Qətnamədə bildirilir ki, nəqliyyat vasitələrinin girişi-çıxışı yedəyişməsi Gürcüstanın DİN-nin qərarı ilə həyata keçiriləcək.
Qətnaməyə əsasən, iqtisadi fəaliyyət dayandırılacaq, istənilən malın / məhsulun tədarükü / satışı, aşağıdakılardan başqa:
Tibb müəssisəsinin fəaliyyəti;
Tibbi təyinatlı məhsulun, əczaçılıq məhsullarının satışı;
Ərzaq, heyvan yemi, heyvan və bitkiçilik məhsulları, məişət kimyası və gigiyena, baytarlıq preparatları, pestisidlər və aqrokimyəvi maddələr, toxum və əkin materiallarının pərakəndə satışı;
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən siyahısı və fəaliyyət qaydası müəyyənləşdirilən munisipalitetin ərazisindəki mövcud sahibkarlıq subyektləri;
Kənd təsərrüfatı fəaliyyəti və heyvandarlıq / quşçuluq fəaliyyəti;
Elektrik rabitə, elektrik enerjisi, təbii qaz, su, benzin, dizel, mayeləşdirilmiş neft qazı təchizatı;
Bankomatların davamlı işləməsi üçün tələb olunan fəaliyyətlər.
Hərəkətlə bağlı təyin olunmuş məhdudiyyətlər, Bolnisi Munisipalitetinin ərazisinə bu qətnamədə nəzərdə tutulmuş karantin tədbirlərinin maneəsiz həyata keçirilməsi məqsədi ilə gedən şəxslərə şamil olunmur.
Daxili İşlər Nazirliyi və Gürcüstanın İşğal olunmuş ərazilərindən Məcburi Köçkünlərin işi üzrə, Əmək, Səhiyyə və Sosial Müdafiəsi Nazirliyi bu şəxslərin hərəkətini tənzimləyirlər.
İcazə verilən bütün fəaliyyətlər Gürcüstanın İşğal olunmuş ərazilərindən Məcburi Köçkünlərin işi üzrə, Əmək, Səhiyyə və Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş tövsiyələrə uyğun olaraq həyata keçirilməlidir.
Bu qətnamədə nəzərdə tutulmuş tədbirləri Gürcüstanın İşğal olunmuş ərazilərindən Məcburi Köçkünlərin işi üzrə, Əmək, Səhiyyə və Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və onların sistemlərinə daxil olan müəssisə və qurumlar, həmçinin Bolnisi Munisipalitetinin yerli özünüidarəetmə orqanları həyata keçirəcəklər. Gürcüstan Müdafiə Nazirliyi isə köməkçi funksiyanı yerinə yetirəcək
Qətnamə 2020-ci ilin mayın 18-dən etibarən qüvvəyə minəcək.