Səhiyyə eksperti: " Mixeil Saakaşvili dərhal mülki, çoxprofilli klinikaya köçürülməsə, ölə bilər"
"Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili dərhal mülki, çoxprofilli klinikaya köçürülməsə, o, ölə bilər".
InterPress.ge xəbər verir ki, bunu səhiyyə eksperti Vato Surquladze deyib.
Onun jurnalistlərə verdiyi məlumata görə, Mixeil Saakaşvilinin daim həkimlərin nəzarətində olması zəruridir və ona kömək etmək çox vacibdir.
“Mixeil Saakaşvilini normal tibbi yardım alacağı müəssisəyə köçürmürlər. 2 həftədir ki, ambulatoriyanı xəstəxanaya oxşatmağa çalışırlar, ancaq təkcə avadanlığın aparılması kifayət deyil. Əsas odur ki, kim, necə işləyəcək və hansı növ monitorinq lazımdır. Nelson Mandela qaydaları var, aclığın 47-ci günündən məhkum olunmuş xəstə daimi nəzarətdə olmalı, tək qalmamalı, 24 saat nəbzinə nəzarət edilməlidir. Bu vəziyyətdə ölümcül nəticələr hər an yarana bilər - yuxuda, ayaqdaykən, danışarkən. Ölkənin üçüncü prezidenti olan bu adamı öldürmək istəmirik. O zaman bizi dünyanın gözü qarşısında nə mədəniyyətimiz, nə də tariximiz xilas edə bilməz. Bu, çox təcilidir, çünki hər an ölə bilər", - Surquladze deyib.


