Saakaşvilinin vəkili: "Hakimiyyətdən ağlabatan bir addım gözləməyə əsasımız yoxdur"
Mixeil Saakaşvilinin vəkilinin sözlərinə görə, Xalq Müdafiəçisinin yaratdığı ekspertlər qrupu açıq şəkildə bəyan edib ki, Mixeil Saakaşvilini çoxprofilli mülki klinikaya köçürmək lazımdır, baxmayaraq ki, hakimiyyət Saakaşvili ilə bağlı real ehtiyacları deyil, siyasi gündəmlərini rəhbər tutur.
InterPress.ge xəbər verir ki, bu barədə vəkil Qldanidəki 18 saylı tibb müəssisəsində Mixeil Saakaşvilini ziyarət etdikdən sonra deyib.
"Dünən biz Xalq Müdafiəçisinin himayəsi altında yaradılmış tibbi ekspertlər qrupunun verdiyi rəyi eşitdik, onlara görə də Saakaşvilini çoxprofilli mülki xəstəxanaya köçürmək və onun müalicəsini orada davam etdirmək lazımdır. Hakimiyyətin əvvəllər yaratdığı şuradan da oxşar nəticə eşitmişik. Bu müəssisənin araşdırılması nəticəsində Xalq Müdafiəçisinin yaratdığı qrup birmənalı olaraq Mixeil Saakaşvilinin köçürülməsinin zəruri olduğunu bildirdi. Hakimiyyətin məqsədi Saakaşvilinin sağlamlığının qayğısına qalmaq olsaydı, təbii ki, bunu çoxdan edərdilər, ancaq hakimiyyət Saakaşvili ilə bağlı real ehtiyacları deyil, siyasi gündəmlərini rəhbər tutur. Ona görə də onlardan ağlabatan bir addım və ya hərəkətlər gözləməyə əsasımız yoxdur", - Dimitri Sadzaqlişvili bildirib.


