1 USD =
3.0794 GEL
1 EUR =
3.4908 GEL
1 TRY =
0.2297 GEL
100 RUB =
4.0259 GEL
1 AZN =
1.8101 GEL
20 
Nybr
2021
09:34
276

ABŞ və Türkiyə prezidentlərinin köməkçiləri Qarabağı müzakirə ediblər

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan arasında telefon danışığı olub.

InterPress.ge Türkiyə mətbuatına istinadən xəbər verir ki, danışıqlarda Romada keçirilən "Böyük İyirmilik" (G20) ölkələrinin sammitində Türkiyə və ABŞ prezidentləri arasında razılaşdırılmış ortaq strateji mexanizmin detalları müzakirə edilib.

Telefon söhbəti zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, müdafiə sahəsində əməkdaşlığın inkişafı, qlobal və regional məsələlər (Əfqanıstandakı siyasi vəziyyət və humanitar yardım, Suriyanın ərazi bütövlüyü və terrorizmə qarşı mübarizə, Liviyadakı siyasi proseslər və seçkilər, Belarus-Polşa sərhədində və Şərqi Aralıq dənizindəki gərginlik) müzakirə edilib.

Tərəflər, həmçinin Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsində sülhün və sabitliyin daimi olması ilə bağlı müzakirələr aparıblar.

Bizimlə əlaqə saxlayın