20 
Nybr
2021
10:34
3183

Nika Melia: "Saakaşvilinin tərəfdarlarından heç biri Qori xəstəxanasının yaxınlığında etiraz aksiyası keçirməyəcək, lakin bu..."

"Mixeil Saakaşvilinin tərəfdarlarından heç biri Qori xəstəxanasının qarşısında etiraz aksiyası keçirməyəcək, lakin bu, Rustaveli prospektinin boş qalacağı anlamına gəlmir".

InterPress.ge xəbər verir ki, bu barədə Milli Hərəkatın sədri Nika Melia bildirib.

O bildirib ki, nə qədər ki, Mixeil Saakaşvili qanunsuz həbsdədir, onun azadlığa buraxılması uğrunda mübarizə dayanmayacaq.

"Bizi əsas avantüra gözləyir, Mixeil Saakaşvili bu qanunsuz həbsdən azad olunana qədər biz mübarizəni dayandırmayacağıq, nə qədər ki, “Gürcü Arzusu” dövləti ələ keçirib, mübarizəni dayandırmayacağıq, bax, bu metodla bu rejimi çökdürəcəyik. Bütün beynəlxalq tərəfdaşlarımız əmindirlər ki, dinc etirazlarımızla biz yalnız və yalnız bu ölkənin gələcəyinə xidmət edirik, sabitliyin pozulması bizim maraqlarımıza uyğun deyil. Biz tək deyilik, avropalı və amerikalı tərəfdaşlarımız bizim yanımızdadır.

Biz heç vaxt Qori xəstəxanası yaxınlığında etiraz aksiyası keçirməyəcəyik və bunu kimsə keçirsə, bunun təxribat olduğunu demək olar. Onun tərəfdarlarından heç biri Qori xəstəxanası yaxınlığında etiraz aksiyası keçirməyəcək, lakin bu, Rustaveli prospektinin boş qalacağı anlamına gəlmir", - Nika Melia bildirib.

Onun sözlərinə görə, müxalifət son vaxtlar zəif körpüdən keçib, çünki hakimiyyət onları dəfələrlə təxribata çəkməyə çalışıb.

"Onlar Mixeil Saakaşvilini fiziki öldürməyi planlaşdırmırdılar, onu sındırmaq istəyirdilər. Bilirdilər ki, Mixeil Saakaşvilinin qətli onları ağır vəziyyətə salacaqdı, yollar boyu onun ləyaqətini alçaldan videolar yayırdılar, onu əsir kimi xor görürdülər, bizə dinlədirdilər, izlədirdilər ki, biz vəziyyətdən çıxaq, bir gün zəmin qoyub öz xüsusi təyinatlılarını, “robokop”larını çıxarıb beynəlxalq ictimaiyyətə desinlər ki, biz sizə bunu deyirdik , bu insanlar dövlət çevrilişinə hazırlaşırdılar. Dövləti çevirən varsa, bu “Gürcü Arzusu”dur ölkənin gələcəyini, bu gününü ələ keçiriblər. Vaxt gələcək, daha çox faktlardan danışacağam, nələr yaşadıq, indi hər şeyi demirəm, hər birimiz çox nazik buzun üstündən keçmişik, şiddətli etiraz aksiyaları keçirməli olanda, təxribata uymamışıq, çünki, bu, saxlanılmalara deyil, qan tökülməsinə gətirib çıxaracaqdı. Bu da, Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanmış planın müəllifinin istəyi idi", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər