20 
Nybr
2021
18:35
669

Ombudsman Saakaşvilinin qərarını alqışlayır

İctimai Müdafiəçi Gürcüstanın üçüncü prezidentinin Qori Hərbi Hospitalına köçürülməsi və aclıq aksiyasına son qoyulması qərarını alqışlayır.

InterPress.ge xəbər verir ki, Ombudsmanın sözlərinə görə, monitorinq davam edir və o, vaxtaşırı Strasburq məhkəməsinə də məlumat verəcək.

"Mən Mixail Saakaşvilinin Qori xəstəxanasına getməyə və aclıq aksiyasını dayandırmağa razılıq verməsini alqışlayıram. Həkimlərdən bildiyimə görə, hər an ölümcül fəsad ola bilər. Bu, həm də qərarın icrası baxımından vacibdir. 

Əlbəttə ki, İctimai Müdafiəçi və onun ekspertlər komandası Strasburq məhkəməsinə obyektiv məlumat vermək üçün müalicənin keyfiyyətini, gedişatını, təhlükəsizlik qaydalarına riayət olunmasını vaxtaşırı yoxlayacaqlar”, - Nino Lomgaria bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər