22 
Nybr
2021
11:27
318

“Lelo” fraksiyası parlament fəaliyyətinə qayıdır

“Lelo” fraksiyası parlament fəaliyyətinə qayıdır. 

InterPress.ge xəbər verir ki, siyasi partiya boykotu dayandırıb və bu həftədən etibarən plenar iclaslarda iştirak edəcək.

Buna səbəb üçüncü prezident Mixeil Saakaşvilinin mülki klinikaya köçürülməsinin gündəmindən çıxarılmasıdır.

"Lelo boykota son qoyur, çünki bunun elan edilməsinin əsas səbəbi Saakaşvilinin adekvat xəstəxanaya aparılması idi, bu məqsədə nail olunduğuna görə artıq parlament boykotuna son qoyuruq və parlament fəaliyyətimizi davam etdirəcəyik.

Eyni zamanda, biz etiraz aksiyalarında bütün müxtəlif həmkarlarımızla, parlament tribunasından istifadə etməklə, bələdiyyə məclislərindən istifadə etməklə, bütün mexanizmlərdən istifadə etməklə müxalifət mübarizəmizi davam etdirik", - Qriqol Qeqelia bildirib.

Məlumat üçün bildirək ki, Mixeil Saakaşvili Qori Hərbi Hospitalına aparıldıqdan sonra deputatlar da aclıq aksiyasını dayandırıblar və siyasi fəaliyyətlərinə qayıdıblar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər