16 
May
2020
03:39
2220

Mixeil Saakaşvili Ugulava və Okruaşvilinin əfvinə münasibət bildirdi

"Qələbə, böyük bir qələbədən əvvəl!", - Saakaşvili yazır.

InterPress.ge xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili, bu barədə sosial şəbəkədə prezident Salome Zurabişvili Gigi Ugulava və İrakli Okruaşvilinin əfv olunması ilə əlaqədar status yazıb.

Xatırladaq ki, Gürcüstan Prezidenti 15 may tarixində "Avropa Gürcüstanı" liderlərindən biri Gigi Ugulava və keçmiş müdafiə naziri İrakli Okruaşvilini əfv etdi.

İrakli Okruaşvili 25 iyul 2019-cu ildə saxlanılıdı. Ona "20-21 iyun tarixində Gürcüstan parlamentinin qarşısında aksiya zamanı zorakı hərəkətlərin təşkili, rəhbərliyi və iştirakında ittiham edildi. 13 aprel 2020-ci ildə Tiflis şəhər məhkəməsi Okruaşvilini günahkar hesab edərək, 5 il müddətinə azadlıqdan məhrum etdi.

Gigi Ugulavaya gəldikdə, fevralın 10-da Gürcüstan Ali Məhkəməsi paytaxt meri olarkən Tbilisi İnkişaf Fondundan ayrılan vəsaitin mənimsənilməsi ittihamı ilə 3 il 2 ay həbs cəzası verilmişdi.

Bizimlə əlaqə saxlayın