1 USD =
3.0867 GEL
1 EUR =
3.4849 GEL
1 TRY =
0.2441 GEL
100 RUB =
4.12 GEL
1 AZN =
1.8153 GEL
22 
Nybr
2021
11:46
219

Jurnalistika kurslarına qeydiyyat davam edir - Son 8 gün

Gürcüstanın “Supta Ambavi” (Təmiz Xəbər) təşkilatının nəzdində fəaliyyət göstərən “InterPress.ge” jurnalistika kurslarına başlayır.

“InterPress.ge” xəbər verir ki, layihə Azərbaycanın Disaporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Jurnalistikanın müxtəlif sahələrində fəaliyyət göstərmək, imzasının tanınmasını istəyən hər kəs ödənişsiz təşkil ediləcək təlimlərdə iştirak edə bilər.

Təlimlər fasilə verilməklə ümumilikdə altı ay davam edəcək. Bu müddətdə iştirakçılar jurnalistika barədə ilkin anlayışlar, xəbər tapmaq, yazmaq və onu redaktə etmək kimi ilkin nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər.

Həmçinin, iştirakçılar fotojurnalistika, videoreportajın hazırlanma qaydaları, araşdırma jurnalistikasının əsasları, analitik təhlil, data jurnalistikası, media etikası, sosial media kimi bir çox sahələrdə bilik və təcrübə qazana biləcəklər.

Təlimləri uğurla bitirən bütün iştirakçılara sertifikat təqdim ediləcək. Bundan əlavə, proqram boyunca aktivlik göstərən 3 iştirakçı ölkə xaricində fəaliyyət göstərən media qurumlarından birində 10 günlük təcrübə proqramı keçmək imkanı əldə edəcək.

Təlimlər zamanı tələbələrin hazırladığı tapşırıqlar öz imzaları ilə “InterPress.ge” saytında yayımlanacaq.

Yerlər məhduddur, təlimlərə ümumilikdə 20 iştirakçı qəbul ediləcək.

Təlimlər iki dildə (Azərbaycan və gürcü), həftənin şənbə və bazar günləri olmaqla iki dəfə təşkil olunacaq.

Dərslər InterPress.ge-nin Marneuli ofisində gün ərzində saat 12:00-dən 14:00-dək və saat 14:30-dan 16:30-dək iki ayrı təlimçi tərəfindən keçiləcək.

Təlimlər gürcü dilində uzun illərdir media sahəsində çalışan və hazırda GİPA (Gürcüstan İctimai İşlər İnstitutu)  universitetində müəllimlik edən peşəkar jurnalist tərəfindən, Azərbaycan dillində isə uzun illərdir Azərbaycanın müxtəlif media organlarında çalışmış peşəkar jurnalist tərəfindən keçiriləcək.

Təlimdə iştirak üçün minimum yaş həddi 18-dir. Müraciət etmək istəyən şəxslərdən aşağıda göstərilmiş anket formasını (linkə daxil olub) dolduraraq göndərmələri xahiş olunur.

https://forms.gle/1K8m72Nipc54JUvb7

Formu doldura bilməyənlər aşağıda göstərilən E-poçt ünvanına CV-lərini ata bilərlər.

i[email protected]

Müraciətlər 30 noyabr 2021-ci il tarixinədək davam edəcək. Qardabani və Dmanisi rayonlarından qatılmaq arzusunda olanların yol xərcləri proqram tərəfindən ödəniləcək. Kursu müvəffəqiyyətlə bitirənlərin işlə təmin olunmasına yardım ediləcək.  Kursa qəbulla bağlı nəticə qeydiyyat bitdikdən sonra sizə e-mail vasitəsi ilə bildiriləcək. 

Bizimlə əlaqə saxlayın