Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Qiuli Alasania və Liza Yasko Mixeil Saakaşvilini ziyarət etməyə getdilər

841
Qiuli Alasania və Liza Yasko Mixeil Saakaşvilini ziyarət etməyə getdilər
Dinləmək üçün basın

Keçmiş prezidentin anası Qiuli Alasania və dostu, ukraynalı deputat Liza Yasko Mixeil Saakaşvilini ziyarət etmək üçün Qori xəstəxanasına gediblər.

Keçmiş prezidentin anası Qiuli Alasania və dostu, ukraynalı deputat Liza Yasko Mixeil Saakaşvilini ziyarət etmək üçün Qori xəstəxanasına gediblər.

InterPress.ge xəbər verir ki, onlar klinikaya girmək üçün icazə gözləyirlər.

Yasko mediaya şərh verməyib. O bildirib ki, xəstə ilə görüşmək imkanı verilərsə, bu görüşdən sonra mətbuata açıqlamalar verəcək. Mixeil Saakaşvilinin anası Qiuli Alasaniaya gəlincə, o, dünən oğlunun yanına getməyə çalışdığını, lakin iş vaxtı olmadığı üçün görüşün baş tutmadığını deyib.

"Dünən gəldim, iş saatı olmadığı  üçün məni içəri buraxmadılar və indi içəri girməyə çalışıram. Heç bir məlumatım yoxdur, məni içəri buraxmalarını gözləyirəm", - Qiuli Alasania deyib.

Bundan əlavə, vəkillər bu gün Mixeil Saakaşviliyə baş çəkəcəklər. Bu, keçmiş prezidentin müalicəsini davam etdirmək üçün həbsxana xəstəxanasından Qori Hərbi Hospitalına köçürülməsindən sonra hüquq müdafiəçilərinin ilk görüşü olacaq.

Bu gün Mixeil Saakaşvilinin aclıq aksiyasını dayandırmasının üçüncü günüdür. Həkimlər onun səhhətinin stabil olduğunu bildiriblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →