22 
Nybr
2021
12:59
330

Baş nazir: "Gürcüstan, Ukrayna, Moldova baş nazirlərinin görüşünə hazırlaşırıq"

"Biz Gürcüstan, Ukrayna, Moldova baş nazirlərinin görüşünə hazırlaşırıq, onun noyabrın 30-da və dekabrın 1-də Brüsseldə keçirilməsi gözlənilir".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bugünkü hökumət iclasında bildirib.

Hökumət başçısı İrakli Ğaribaşvili baş nazirin müavini, xarici işlər naziri Davit Zalkalianinin Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” nazirlərinin toplantısına səfərinə münasibət bildirib və səfərin uğurla keçdiyini qeyd edib. 

"Biz Gürcüstan, Ukrayna, Moldova baş nazirlərinin görüşünə hazırlaşırıq, onun noyabrın 30-da və dekabrın 1-də Brüsseldə keçirilməsi gözlənilir. Artıq bununla bağlı əvvəlcədən razılığımız və təsdiqimiz var. Bu, dekabrın 15-də Brüsseldə keçiriləcək və mənim iştirak edəcəyim Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq səfəri olacaq", - baş nazir bildirib.

Eyni zamanda, məlum olduğuna görə, Gürcüstan prezident Baydendən Demokratiya Sammitinə dəvət alıb.

“İndi biz prezidentin adından rəsmi dəvət almışıq və qərarımızla prezident dekabrın 10-da keçiriləcək Demokratiya Sammitində ölkəmiz adından iştirak edəcək. Bundan əlavə, dekabrın 1-2-də Gürcüstan NATO Nazirlər Şurasının iclasına dəvət olunub və ölkəmizi bu iclasda cənab Davit Zalkaliani təmsil edəcək”, - İrakli Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər