25 
Nybr
2021
12:26
1377

Ceyhun Məhəmmədəli: "Onların iki vəzifəsi var - birincisi Putinin, Rusiyanın tapşırıqlarını yerinə yetirmək, ikincisi..."

"Ölkəmin bayrağı rus jurnalistinin ayağının altında tapdalananda buna Gürcü Arzusunun reaksiyası nə oldu? Bu onların vecinə deyil, çünki onlar ölkəni sevmirlər, onların iki vəzifəsi var - birincisi Putinin, Rusiyanın tapşırıqlarını yerinə yetirmək, ikincisi öz vəzifələrini qorumaq".

InterPress.ge xəbər verir ki, bu sözləri Mtavari Arxi kanalının jurnalisti Ceyhun Məhəmmədəli "TV Pirveli"nin efirində qonaq olarkən qeyd edib.

"Bitdi, qurtardı, istisnadır, Mixeil Saakaşvili Qldanı həbsxanasında müalicə olunacaq və s. kimi ifadələr eşidirdik. Bu onların qəti bəyanatları idi və geri addım atmayacaqlarını söyləyirdilər. Bunu hamımız eşidirdik. Ancaq xalq uzunmüddətli aksiyalara başlayanda, bu idarəçilik, bu hakimiyyət geri addım atdı və bundan sonra Qərb də reaksiyaya başladı. Qərb tərəfdaşlar gürcü xalqının öz ölkəsini quran prezidentin azad edilməsini, onun həyatının xilas edilməsini istəyəndə kəskin bəyanatlara başladılar. Bunların arxasında yalnız Bidzina dayanmır, Rusiya dayanır. Ölkəmin bayrağı rus jurnalistinin ayağının altında tapdalananda buna Gürcü Arzusunun reaksiyası nə oldu? Bu onların vecinə deyil, çünki onlar ölkəni sevmirlər, onların iki vəzifəsi var - birincisi Putinin, Rusiyanın tapşırıqlarını yerinə yetirmək, ikincisi öz vəzifələrini qorumaq. Tələbələrin çoxu bu hadisəyə görə səslərini çıxarmırlar. Bu gün tərəzidə bizim ölkəmizin gələcəyi durur. Mixeil Saakaşvili ölkəni 90-cı illərin qaranlığından çıxaranda mən dövlətdə yaşadığımı hiss edirdim. Düşmənim bayrağımı ayağı altında alıb mənə güləndə mən bu duyğunu hiss etmirəm", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın