25 
Nybr
2021
12:29
478

Aİ-nin Gürcüstandakı səfiri: "Təbii ki, bu o demək deyil ki, hekayə bitdi..."

"Mən bir neçə gün əvvəl Mixeil Saakaşvilinin səhhəti ilə bağlı atılan addımları alqışlayıram.  Onun sağalma prosesinin düzgün istiqamətdə getdiyinə dair məlumat məni də sevindirdi".

InterPress.ge xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzel bildirib.

Onun sözlərinə görə, Mixeil Saakaşvilinin hərbi hospitala aparılması hər şeyin bitdiyi anlamına gəlmir.

“Bu, fundamental məsələdir.  Təbii ki, bu o demək deyil ki, hekayə bitdi.  Biz onun fundamental hüquqlarının, o cümlədən şəxsi məlumatlarının və ləyaqətinin qorunması, habelə hüquqi proses baxımından vəziyyətini izləməyə davam edəcəyik. Onun məhkəmə iclaslarında şəxsən iştirak etməsi vacibdir, çünki bunu təkcə Gürcüstan qanunları deyil, Avropa İnsan Haqları Konvensiyası da tələb edir. Ümid edirəm ki, hadisələrin indiki sürəti bütün tərəflər üçün bu sürəti saxlamaq və işi irəli aparmaq barədə düşünmək imkanı olacaq", - səfir bildirib.

Bizimlə əlaqə saxlayın