27 
Nybr
2021
10:39
1048

Kaxa Kaladze: "Başqa xidmətlər təklif edək? Masajçı da gətirək?"

"Başqa xidmətlər təklif edək? Masajçı da gətirək, Almaniyadan gətirirdi, büdcədən saçını kəsdirirdi. Eyni şeyi edək?".

InterPress.ge xəbər verir ki Tbilisi meri Kaxa Kaladze “Palitranius”un efirində eks-prezidentin xaricdə müalicəsinin mümkünlüyü ilə bağlı sualı belə cavablandırıb.

Kaxa Kaladzenin sözlərinə görə, cəmiyyət  2012-ci ilə qədər baş verənləri unutmayıb.

"Başqa xidmət təklif edək?Masajçı da gətirək, Almaniyadan gətirirdi, büdcədən saçını kəsdirirdi.  Eyni şeyi edək? Axı biz hüquqi dövlətdə yaşamaq istəyirik; cinayət törədəndə siyasətçi olanda nə olur ki, yüksək vəzifəli şəxs olanda nə olur ki, ölkənin prezidenti olanda nə olur ki? Biz 2012-ci ilə qədər baş verənləri unutduq? Cəmiyyətə münasibət necə idi, ölkəmizin vətəndaşlarına münasibət necə idi? Cəmiyyət bunu unutdu, həbsxanada nələrin baş verdiyini unutdu?  Cəmiyyət biznesə münasibətlərini və yanaşmalarını, necə terror törətdiklərini, ailələri necə bədbəxt etdiklərini, gəncləri küçədə necə qətlə yetirdiklərini unutdu? 26 mayda öldürülən insanların damlara atıldığını xatırlayırsınız”, - Kaxa Kaladze deyib.

Bizimlə əlaqə saxlayın