28 
Nybr
2021
18:41
719

Mərkəz rəhbəri koronavirusun yeni ştammı ilə bağlı açıqlama verdi

Bir neçə Cənubi Afrika ölkəsindən olan şəxslər və ya son 14 gündə bu ölkələrə səfər etmiş digər ölkələrin vətəndaşları ölkəyə daxil olmaq üçün məcburi 14 günlük karantində qalacaqlar”.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

Onun sözlərinə görə, ölkəyə daxil olmaq üçün PSR testin cavabının mənfi olması da lazım olacaq.

“Onlar 14 gün karantində olmalıdırlar, karantindən azad olunma yalnız PSR testin mənfi nəticəsi olarsa mümkün olacaq. Yeni ştama gəlincə, bizdə ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri, Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Xəstəliklərə Nəzarət Mərkəzləri tərəfindən dərc edilmiş məlumatlar var. Bu agentliklərin hər biri bunu olduqca narahatedici hesab edir və ilk gündən ona bu adı veriblər. İlkin məlumatlara görə, daha tez yayılır, daha çox təkrar yoluxma qabiliyyətinə malikdir, lakin ştamm nə qədər aqressivdir, xəstəlik nə qədər ağırdır, ölüm nə qədər yüksəkdir, ilk növbədə onu müşahidə etmək lazımdır. Həmçinin, ən vacibi, hazırkı vaksinlərin bu ştammı necə təsir etməsidir", - Qamğrelidze bildirib.

Qeyd edək ki, Gürcüstana daxil olarkən yeni növ koronavirusun yayılması ilə əlaqədar səkkiz ölkə vətəndaşlarının sərhədi keçməsi qaydaları tətbiq edilir.

Bizimlə əlaqə saxlayın