29 
Nybr
2021
12:21
970

Mixeil Saakaşvili hal-hazırda məhkəmədə iştirak edir

Tbilisi Şəhər Məhkəməsində Mixeil Saakaşvilinin məhkəməsi keçirilir.

InterPress.ge xəbər verir ki, prosesdə təqsirləndirilən eks-prezident Mixeil Saakaşvili də iştirak edir.

İşə üç hakimdən ibarət qrup baxır.

Vəkil Beka Basilaia məhkəməyə müraciət edərək, bütün KİV-lərin məhkəmə iclasında iştirakına və iclasın canlı yayımına icazə verilməsini istəyib. Eyni zamanda vəkil Şota Tutberidze “Facebook” sosial şəbəkəsində məhkəmə iclasını yayımlayıb, bu barədə hakimdən xəbərdarlıq alıb və yayımı dayandırıb.

İclasda Mixeil Saakaşvilinin anası Qiuli Alasania, Vahid Milli Hərəkat Partiyasının sədri Nika Melia, həmçinin Xatia Dekanoidze və Eka Xerxeulidze iştirak edir.

Mixeil Saakaşvilinin tərəfdarları məhkəmə binası qarşısındadır.  Orada təhlükəsizlik tədbirləri gücləndirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər