29 
Nybr
2021
13:45
1105

Mixeil Saakaşvili: "Mən Prokurorluğu və gürcü məhkəmə sistemini tanımıram"

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin sözlərinə görə, o, prokurorluğu və gürcü məhkəmə sistemini tanımır.  

InterPress.ge xəbər verir ki, Saakaşvili bu barədə 7 noyabr işi üzrə keçirilən məhkəmə prosesindən əvvəl açıqlama verib.

“Mən prokurorluğu və gürcü məhkəmə sistemini tanımıram, mən burada əvvəlcədən yazılmış komediyanın bir hissəsi olmaq üçün gəlməmişəm”, - Saakaşvili deyib.

Eyni zamanda, hakimlər Saakaşviliyə müraciət edərək təqsirləndirilən şəxsin su içmək hüququnun olduğunu bildiriblər, Saakaşvili isə cavab verib ki, onların xeyirxahlığını yüksək qiymətləndirir.

Eyni zamanda, məhkəmə prosesinin əvvəlində iştirakçılar Gürcüstanın dövlət himnini səsləndiriblər, ondan sonra hakimlər göstəriş veriblər.

“Himnin qadağan olunması?  Gürcüstanın himnini mən yaratdım, indi mübahisə istəmirəm", - Mixeil Saakaşvili bildirib.

Prosesdə vəkil Beka Basilaia hakimlərə vəsatət verib ki, bütün televiziya kanalları prosesi işıqlandırsınlar. 

Eyni zamanda, hakim Nino Elieşvili vəkillərə müraciət edərək, iclasın sosial şəbəkədə yayımını dayandırmağı xahiş edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər