29 
Nybr
2021
14:15
4556

Mixeil Saakaşvili məhkəmədə çıxışı zamanı: "Yenilik və yenidənqurma üçün darıxmadınız?"

"Ölkəmizin qürur hissi üçün darıxmadınız? İnkişaf tempi və “drayv” üçün darıxmadınız? Yenilik və yenidənqurma üçün darıxmadınız? Sevgi və istilik üçün darıxmadınız? Qələbə şənliyi üçün darıxmadınız? Əgər bütün bunlar üçün darıxdınızsa, indi baş verənləri birlikdə bitirməliyik".

InterPress.ge xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili məhkəmə zalından əhaliyə belə müraciət edib.

O, çıxışında qeyd edib ki, “əsirlik” anına qədər əhali ilə ünsiyyət qurmaq imkanı əldə edib və görüb ki, gürcü xalqı çox bədbəxtdir.

"İlk növbədə çöldə dayanan insanları, gürcü cəmiyyətini salamlamaq istəyirəm və sizə bir sual vermək istəyirəm. Bir neçə gün Gürcüstanda sərbəst gəzdim, əsir düşənə qədər insanlarla ünsiyyətdə olmaq imkanım oldu və gördüm ki, insanlar praktiki olaraq gülümsəmirlər, insanlar çox bədbəxtdirlər və əziz gürcü xalqım, sizdən soruşmaq istəyirəm -  ölkəmizin qürur hissi üçün darıxmadınız? İnkişaf tempi və “drayv” üçün darıxmadınız? Yenilik və yenidənqurma üçün darıxmadınız? Sevgi və istilik üçün darıxmadınız? Qələbə şənliyi üçün darıxmadınız? Əgər bütün bunlar üçün darıxdınızsa, indi baş verənləri birlikdə bitirməliyik", - deyə Saakaşvili bəyan edib.

Bizimlə əlaqə saxlayın