29 
Nybr
2021
15:25
1939

Mixeil Saakaşvili Gürcüstana qayıtma səbəbini açıqladı

"Gürcüstana qayıtmağım üçün mənim 15 yaşlı Nikuşam mənə dedi ki - "Ya indi, ya heç vaxt! Biz ölkəmizi itirəcəyik". 

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bildirib.

Saakaşvilinin qeyd etdiyinə görə, qohumlarından başqa, mühacir gürcülər də onu geri qayıtmağa çağırıblar.

“Gəldim ona görə ki, bir çox gürcülərdən eşitdim ki, qayıtmalıydım. Bunu müxtəlif hava limanlarında qarşılaşdığım minlərlə soydaşımızın dilindən eşitmişəm, Avropada və Amerikada, mühacir yığıncaqlarında da onları görürdüm. 15 yaşlı oğlum Nikuşa nəhayət Gürcüstana qayıtmağım üçün  dedi ki - “Ya indi, ya heç vaxt!  Biz ölkəni itirəcəyik!”. Bunu mənə çox güvəndiyim və iki çox yaxşı uşaq böyütdüyüm Sandra da söylədi. Sandranın işinin izlərinə hər yerdə, o cümlədən həbsxana sistemində rast gəlirəm, məhkumların sağlamlığı ilə bağlı çoxlu xeyirxah işlər görüb. Qia Baramidze yaxşı xatırlayır ki, 90-cı illərdə 800 dollar maaşımız olanda, onun 400-ü xeyriyyə fonduna xərclənirdi. Həm də bu zalda əyləşən, gürcü tarixinin professoru olan anam mənə dedi ki, özümü təhlükəyə atmamalıyam, amma Gürcüstanın vətənpərvər biri kimi məncə, nəsə etməliyik.

Dostum Liza Yasko da Gürcüstana gəldi və mənə dedi ki, sizin ölkədə fəlakət baş verir.  Mənə dedi ki, “birja”da xeyli işsiz var. Ukraynada “birja”da gənc tapa bilməzsən. Orada hər kəsin işi var. Burada “birja”da duran çox adam var. O, mənə dedi ki, indi bu ölkəyə kömək etməyin vaxtıdır", - Saakaşvili bildirib.

Saakaşvilinin qeyd etdiyinə görə, Gürcüstandan qaçmağın başqa yolu yoxdur.

"Mənim prezidentliyimdən bəri məzənnə iki dəfə aşağı düşüb.  Qiymətlər azı 3 dəfə artıb, həm dövlət qulluqçularının, həm də özəl sektorun maaşları demək olar ki, artmayıb. İnsanlar kütləvi şəkildə buradan qaçırlar.  Ən yaxşı Amerika təhsili almış və mənim sıfırdan yaratdığım Gürcüstan Silahlı Qüvvələrinin istiqamətlərindən birinin komandiri olmuş gənc zabitin hazırda Nyu Cersidə yükləyici kimi işləməsi faciədir.

Tarixdə ilk dəfə İkinci Dünya Müharibəsindən sonra rus bombardmançısını vuran zabit Çerçvadzenin bu ölkədə təqiblərə məruz qaldığı üçün getməsi faciədir. Eyni adamlar təqiblərə məruz qalıb ailələri ilə Almaniyaya qaçıblar.

Gürcüləri Polşa hava limanlarından Polşa fabriklərinə köçürdükdə, 700-800 avro alıb, onun bir hissəsini yataqxanalara ödəmələri faciədir. Həmçinin gürcüləri praktiki olaraq Almaniyaya qul olaraq aparırlar və orada çiyələk yığırlar.

Biz son 9 ildə 700 min soydaşımızı itirmişik, bu ilin əvvəlinin məlumatlarına görə, yəqin ki, 100 min vətəndaşımızı yenə itirəcəyik. Statistikanı çıxarın, Saakaşvilinin hakimiyyəti dövründə 8 il ərzində daha çox vətəndaş Gürcüstana qayıdıb. Gürcüstan iqtisadiyyatı Moldovanın, Venesuelanın iqtisadiyyatı kimi oldu. Əsas yerli resurs oliqarxa, bir idarəçiyə məxsusdur. Çətinlik və qaçmaqdan başqa heç bir perspektiv yoxdur", - Saakaşvili bildirib.

Bizimlə əlaqə saxlayın