Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Saakaşvili 7 Noyabr hadisələrindən danışdı

921
Saakaşvili 7 Noyabr hadisələrindən danışdı
Dinləmək üçün basın

"Noyabrın 7-də baş verən hadisələr zamanı heç kimə göstəriş verməmişəm və polislər necə başa düşüblərsə, təcrübələrinə əsasən üzərinə düşən vəzifəni yerinə yetiriblər".

"Noyabrın 7-də baş verən hadisələr zamanı heç kimə göstəriş verməmişəm və polislər necə başa düşüblərsə, təcrübələrinə əsasən üzərinə düşən vəzifəni yerinə yetiriblər".

InterPress.ge xəbər verir ki, bunu sabiq prezident Mixeil Saakaşvili deyib.

"Daxili işlər naziri bu ssenaridə idi, mən hər şeyə televizorda baxırdım, heç kimə göstəriş vermədim. Onlar öz vəzifələrini başa düşdükləri kimi və təcrübələrinə əsasən yerinə yetirirdilər, o zaman çox gənc və təcrübəsiz idilər. Allah bizi qorudu və qarşıdurma zamanı ölən olmadı. Bir insan ağır yaralandı və mən onun evinə getdim. O vaxtdan bəri mən dünyada praktiki olaraq çox az liderin etdiklərini etmişəm. Mən istefa etdim, prezidentlik müddətimi il yarım azaldıb yeni prezident seçkilərinə getdim, bu çətin idi, amma qalib gəldik. Mitinqlər və çıxışlara görə, rus planlarını dağıdanda, bu NATO-ya inteqrasiyaya əngəl deyildi. Sonra prezident Buş fevral ayında məni dəvət etdi və mənə dedi ki, qoçaq, sən nə gözəl iş görmüsən. O məni yeməyə dəvət etdi və dedi ki, istefa etdiyin üçün və hakimiyyətə rəhbərlik etmədiyin üçün buradasan. Gürcü xalqı artıq bu iş üzrə qərar verib, indi burada bizi bu iş üzrə mühakimə edirlər", - Mixeil Saakaşvili deyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →